Dünyanın ən bahalı şirkəti “Alphabet”

2 Fevral 2016 16:58 (UTC+04:00)

"Google"un sahibi olan "Alphabet" şirkəti budəfəki reytinqdə "Apple"ı geridə qoyaraq dünyanın ən bahalı şirkəti olub. "Apple" şirkətinin dəyəri 535 milyard dollardısa, "Alphabet" şirkətinin dəyəri 568 milyard dollara çatıb.

"Alphabet" şirkətinin 2015-ci il üzrə hesabatına görə, şirkətin xalis gəliri 200 milyon dollardan 4,9 milyard dollaradək yüksəlib. Bu hesabat dərc edildikdən sonra şirkətin səhmləri 9 faiz artıb.