Bakı Forumun toplantısına ev sahibliyi edəcək

2 Fevral 2016 13:50 (UTC+04:00)

Martın 4-7-də Bakı şəhərində "Lüsern Dünya Turizm Forumu"nun Beyin Mərkəzinin növbəti toplantısı (WTFL Think Tank) keçiriləcəkdir. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, "İnkişaf edən istiqamətlərdə uğurun faktorları" mövzusu üzrə keçiriləcək toplantıda dünyada turizm sahəsi üzrə fəaliyyət göstərən bir sıra yüksək səviyyəli şəxslərin iştirakları artıq təsdiq edilib. Onlar arasında bir neçə ölkənin turizm naziri, 30-a yaxın transmilli korporasiyaların, hava yolların və qlobal qeyri-hökumət təşkilatların rəhbərləri vardır.

Qeyd edək ki, sözügedən tədbirdə iştirak etmək və ölkəmizlə Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə, təşkilatının baş katibi Talib Rifainin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olacaqdır.