Saatlıda bir ailənin 3 üzvü qidadan zəhərləndi

2 Fevral 2016 04:50 (UTC+04:00)

Saatlıda bir ailənin üç üzvü qidadan zəhərlənib. Hər 3-ü xəstəxanaya yerləşdiriliblər. Onların kolbasadan zəhərləndiyi ehtimal olunur. Bir ailənin 3 üzvü qidadan zəhərlənib. Hadisə Saatlı rayonunun Sarıcalar kəndində olub. 59 yaşlı Mədinə Abbasova, 26 yaşlı Zümrüd Əzgərova və 5 yaşlı Zəhra Əsgərzadə evdə kolbasa və sosislər yedikdən sonra halları pisləşib.

Hər üç şəxs qidadan zəhərlənmə diaqnozu ilə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara lazımi tibbi yardım göstərilib.