14 aylıq övladı ilə İŞİD-ə qoşuldu

1 Fevral 2016 18:09 (UTC+04:00)

İngiltərədə 14 aylıq övladı ilə İŞİD terror təşkilatına qoşulan qadın həbs edilib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, 26 yaşlı ingilis qadın 14 aylıq övladı ilə birgə Suriyaya getməyə cəhd edərkən həbs edilib.

İstintaq işinə Birminqhamın ağır cəza məhkəməsində baxılıb. Tarina Şakil "terror təşkilatına qoşulma" və "sosial şəbəkədə terroru təbliğ etmək"dən dolayı günahkar hesab edilib. O, 6 il müddətinə azadlıqdan məhrum olunub.

Şakil 14 aylıq övladı ilə İŞİD maskasını taxıb və əlində AK-47 tipli silahla şəkil çəkib. Daha sonra bunu sosial şəbəkədə paylaşıb.

Hakim Melbourne İnman bu hərəkətindən dolayı Şakili günahkar hesab edib.