Yevlaxda ağır yol qəzası 3 ölü, 1 yaralı

30 Yanvar 2016 04:25 (UTC+04:00)

Yevlaxda ağır yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Yevlax rayonu ərazisində "VAZ" və "Dodge" markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Aran Regional Mərkəzi üzrə xilasediciləri hadisə yerinə cəlb olunub. Nəticədə xilasedicilər "VAZ" markalı avtomobildən 3 nəfərin cəsədini və 1 nəfər yaralını çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:45-də başa çatıb.