Aydın Əliyev: "Jurnalistlər Gömrük Komitəsinin görüşünə gəlməyə maraq göstərmirlər" YENİLƏNİR

29 Yanvar 2016 11:18 (UTC+04:00)

Bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional ofisində Dövlət Gömrük Komitəsi (DGK) rəhbərliyinin iştirakı ilə "2015-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövuzusunda mətbuat konfransı keçirilir. SİA-nın məlumatına görə, DGK-nin sədri Aydın Əliyev jurnalistləri maraqlandıran suallara aydınlıq gətirib. DGK-nin sədri bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə yeni islahatlar aparılır: "DGK siz jurnalistlərlə əməkdaşlıq etməyə hər zaman hazır olub. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzi jurnalistlər bu görüşə maraq göstərmədilər. Ötən il gömrük orqanları üçün çətin olsa da, müəyyən nailiyyətlər əldə etmişik. Bildiyiniz kimi, manat Azərbaycanda iki dəfə devalvasiyaya uğradı. Amma buna baxmayaraq, biz sahibkarlarla daimi əlaqələrin saxlanılmasında, onlarla dialoqların keçirilməsində maraqlı olmuşuq".