“Dəli Domrul” səhnədə

29 Yanvar 2016 11:16 (UTC+04:00)

Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində "Kitabi-Dədə Qorqud" dastanının eyniadlı boyu əsasında səhnələşdirilmiş "Dəli Domrul" tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Kitabi–Dədə Qorqud" dastanının ən xoş, ürəyəyatımlı, maraqlı və pozitiv qəhrəmanlarından olan Dəli Domrulun və digər qəhrəmanların tamaşaçılarla görüşü yanvarın 31-da baş tutacaq.

Tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi, teatrın baş rejissoru Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı isə Elman Rəfiyevdir.

Qeyd edək ki, səhnə əsərində əsas rolları teatrın aktyorları Elnur İsmayılov, Əli Əlizadə, Səbirə Həsənova, Solmaz Bədəlova, Rafiz Mehdizadə və Nurlan Rüstəmov ifa edəcəklər.