SOCAR-ın prezidenti Rövnəq Abdullayev keçən il dekabrın 4-də "Günəşli" yatağındakı 10 nömrəli dərin dəniz özülündə təbii fəlakət zamanı baş vermiş yanğın və qəza nəticəsində müxtəlif dərəcəli yanıq xəsarəti almış neftçi Bəxtiyar Ələkbərovun vəziyyəti ilə maraqlanıb.
SİA-nın xəbərinə görə, SOCAR-dan bildirilib ki, qurum prezidenti neftçiyə dəstək olub, onun müalicəsi ilə bağlı həkimlərlə söhbət edib.