Müğənni-bəstəkar Murad Arif həyat yoldaşının və oğlunu fotosunu paylaşıb. SİA-nın məlumatına görə, ailəsini mediadan uzaq tutan ifaçı bu gün evlilik ildönümü olduğunu bildirib. Ailə qurmasından 5 il ötən sənətçi təəssüratlarını bölüşüb: "Düz 5 il öncə... Ağappaq Stokholmda, Kral sarayının yanındakı köhnə şəhərdən üzükləri alıb, sənlə nişanlandıq. Ömrümün nağıl kimi yaşanan 5 ili, mahnılarımın ilhamı, bərabər qazandığımız nailiyyyətlər, məni dünyanın ən xoşbəxt kişisi etdiyin, övladlarımız üçün çox sağ ol. Bu günümsən, sabahımsan, bir ömürlük".

