Minik avtomobili yandı

29 Yanvar 2016 09:57 (UTC+04:00)

Bu gecə Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 12 kv.m olan dəmir konstruksiyalardan ibarət qarajın içərisində "VAZ" markalı minik avtomobilinin qabaq hissəsi və salonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.