Murad Əzimzadə Elgiz Əkbərin yerini tutdu FOTO

28 Yanvar 2016 11:14 (UTC+04:00)

Aparıcı Elgiz Əkbər efirdən gedir. SİA-nın verdiyi xəbərə görə, həftənin beş günü yayımlanan "Günəbaxan" verilişində də aparıcılıq etməyəcək. Belə ki, efirə onun əvəzinə aparıcı Murad Əzimzadə çıxacaq. Bu haqda Murad sosial şəbəkədə yazaraq hər kəsin dəstəyinə və duasına ehtiyacı olduğunu qeyd edib.

Qeyd edək ki, E.Əkbər açıqlamasında bir müddətlik məzuniyyətə çıxdığını, hamilə həyat yoldaşına çox vaxt ayırmaq istədiyini bildirmişdi.