IV Qlobal Bakı Forumunun Tədbirlər Planı təsdiqlənib

25 Yanvar 2016 14:50 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakı şəhərində "Çoxqütblü dünyaya doğru" IV Qlobal Bakı Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib. SİA-nın xəbərinə görə, sərəncama əsasən, Tədbirlər Planının icrasına məsul qurumlara Forumla bağlı tədbirlərin yerinə yetirilməsi tapşırılıb.

Qeyd edək ki, "Çoxqütblü dünyaya doğru" IV Qlobal Bakı Forumu martın 10-11-də keçiriləcək.