Bəzi günlər, bəzi tarixlər vardır ki, üstündən illər keçsə də unudulmaz, istəsək də unuda bilmərik. "Zaman ən yaxşı dərmandır" deyirlər təsəlli etməyə çalışırlar, amma yenə də unuda bilmirsən... Çəkən bilər, yaşayan bilər ancaq!!! Həç birimizin ağıllarından silinməyən, həyatımıza qorxu filmi kimi girən milli fəlakətimizin tarixidir O GÜN!!
Minlərcə insanımızı ölümə yolladığımız, minlərcə insanımızı evsiz-eşiksiz qoyan O GÜN!!!
Gəcə yarısı küləkləri bölüb, qışqırıqlara boğan, kimilərini yuxusunda əbədi yolçuluğa aparan, hər kəsin televiziyadan izləyərkən içini parçalayan, tüklərini biz-biz edən O GÜN!!!
Acının ortaq tarixi...
İnsan oğlunun "ən acı reallığı" bəlkə də tək reallığı olan çarəsizliyi və acizliyi öyrənmək, yaşamaq...
Gələcəyə inanmaqdan əl çəkmək, gələcəyi əllərinlə boğmaq, öldürmək. Keçmişi arxanda məhv olmuş halda "aid olduğun yerə" dəfn edib getmək!!!
Anlamına inana bilmədiyin O GÜN!!!
İtirməyi öyrənmək, mətanəti görmək dəli olmağı belə bacara bilməmək!!!
Kimiləri üçün ölüm, kimiləri üçün ölə bilməmək, kimiləri üçün də ölümlə yaşam arasında asılı qalıb sürünməyə davam etmək... Bu yaşamın əslində sürünməkdən ibarət olduğunu anlamaq. Xalqımızın gözlənilməz erməni-rus vəhşiliyi qarşısında acizliyi!!! Üstündən 26 il keçməsinə baxmayaraq bir gecəyə sığan ömürdür O GÜN!!!!