İranın dondurulmuş pulları qaytarılır faizi ilə birlikdə

18 Yanvar 2016 20:14 (UTC+04:00)

İranın 1981-ci ildə ABŞ banklarında dondurulmuş 400 milyon dolları faizi ilə birlikdə - 1 milyard 700 milyon dollar həcmində qaytarılacaq. İran mətbuatının yaydığı məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri yazılı açıqlamasında bildirib. Bu pulların İranın Mərkəzi Bankına köçürülməsi nəzərdə tutulub.