Yaşayış binasındakı yanğın söndürüldü

17 Yanvar 2016 23:47 (UTC+04:00)

Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının mansardında sahəsi 20 kvadratmetr olan 1 otağın yanar konstruksiyaları və dam örtüyü 10 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, mansardın qalan hissəsi və 5-ci mərtəbədə yerləşən mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.