Kimsəyə sirr deyil ki, AXCP sədri Əli Kərimli bütün fəaliyyətini xalqın zəhləsini tökməyə yönəldib. Xüsusilə, facebookda, kompüter qarşısında oturan bir partiya sədrinin yersiz çıxışları və sosial şəbəkədəki adamlarının onun fikirlərini "like" (bəyənmə) etməsi bir çoxlarına onun qeyri-ciddi fərd olması qənaətini yaradır. Məsələn, manatın dollara nisbətdə ucuzlaşmasında öz xeyri üçün istifadə etməyə cəhd göstərən Əli Kərimli burada süni ajiotaj yaratmaq məqsədini əsas olaraq hədəf götürüb. Lakin Azərbaycan xalqı, ictimai rəy də yaxşı bilir ki, Əli Kərimlinin əsl niyyəti başqadır. Bu fərd ona görə hay-haray qaldırır ki, görsün xalqı indiki vəziyyətdə ona dəstək verəcək , ya yox. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan xalqının böyük əksəriyyəti Əli Kərimlinin xəyanətgar oldugunu Vətən maraqlarını satmaqla məşğul olduğunu dərk edir.
Lakin o hər hansı bir aksiya keçirsə belə, onun dəstəsinin üzvüləri və onların ailə üzvülərindən başqa kimsə orada olmayacaq. Yəni kütləvi şəkildə bu mtinq keçirmək uzağı 2003-cü ildə qaldı.
Yeri gəlmişkən, hələ bir neçə ay, daha dəqiq desək, ötən ilin martında keçirilən mitinqdə Əli Kərimli facebook sosial şəbəkəsində çağrışlar etmişdi. Yəni event yaratmışdı. Hətta həmin eventdə 1400 nəfər şəxs mitinqdə iştirak edəcəyini təsdiq etmişdi. Həmin vaxt həmin eventdə istirakını təsdiq edən şəxslərləin facebook səhifələri ilə tanış olduq və bəlli oldu ki, mitinqdə iştirak edənlər ümumiyyətlə, Əli Kərimlini ya tanımırlar. Ya da onların əcaib-qəraib adları onların azərbaycanlı olmalarında şübhə yaradır. Məsələn, Albert Eynşteyn, Too Luk Skyward, Çeçenka Balamın Çolkalı Balası, Moroglu Pirok, Henry Ford, Roland Aybach, Jordan İbe, Portret Sifarişi, Sad Bin Abu Vaqqas, Love Rab, Arbiter Eleqantiae, Masal Hayat, Ero-Off, Ayka-off, və Sabişka adlı xeyli saxta profillərdir. Söz yox ki, Bu profillərin hər birinin yaradıcısı Əli Kərimli və onun məlum dəstəsidir. Bu adamlar bu cür saxtagarlıqla təbliğat aparırlar. Kimin buna şübhəsi varsa, həmin eventə daxil olub bütün bunların canlı şahidi ola bilərlər.
Yəqin indi də Əli Kərimli öz facebook xəstəliyini bu istiqamətdə keçirir.
Lakin onu da deyə bilərik ki, onun təxribatçılığı da var. Məsələn, əgər "Milli Şura" və AXCP aksiya-zad keçirərsə, həmin günü təxribat törədə bilər. Daha dəqiq deəsk, "Milli Şura" mitinqdə baş verəcək biabırçılıqlarını ört-basdır etmək üçün Əli Kərimli istınlən varianta əl ata bilər. Bir neçə gündür ki, hay-küyü qoparır. Guya Cəmil Həsənlinin səhifəsini ələ keçirdiblər və təxribata əl atıblar. Bunu qəsdən yayır. Sual olunur ki, kimə lazımdır Cəmil Həsənlinin səhifəsi? Neçə olur ki, Cəmil Həsənlinin səhifəsini ələ keçirdirlər, sənin səhifəni yox? Bunu etmək lazımıdırsa, elə Əli Kərimlinin səhifəsini ələ keçirdərdilər. Göründüyü kimi, bu adam bütün diqqəti özünə cəlb etmək istəyir. Əsas məqsədi cəmiyyəti özünə qarşı cəlb etməkdir. Bu onun köhnə peşəsidir. Stəkanda firtına görüntüsünü yaratmağa cəhd edir. Bilərəkdən Əli Kərimli Cəmil Həsənliyə tapşırıb ki, bu cür xəbər yay və sonra da təkzib verək ki, bu təxribatdır. Bu vasitə ilə mitinqə gələnlərin sayını artıracağını güman edir.
Və səlində, manatın ucuzlaşması məsələsi bu kimi hallarda nəzərə çarpımr, nəzərə çarpan və artan Əli Kərimlinin dhaa da ucuzlaşmasıdır. Hətta o özünü auksiona çıxararsa belə, ona uzağı bir-iki sentdən artıq pul verən olmayacaq.