İnternetdən istifadə həyatımızın həm ən önəmli parçalarından biri halına gəlib, həm də işlərimizi asanlaşdırıb. Artıq telefon, noutbuk kimi bir çox şəxsi əşyamız internetə bağlıdır və işlərimizin əksəriyyətini buradan həll edirik. Bəzi şirkətlər isə bunun "ağını çıxarıb" və çox da önəmli olmayan cihazlara, əşyalara belə internet bağlantısı qoşub.
SİA həmin əşyaları sizə təqdim edir:
Diş fırçası
İnternet əlaqəsi olan diş fırçaları telefonla əlaqə qura bilir və sonuncu dəfə istifadə edildiyi vaxtı bildirir. Bunu daha çox valideynlərin uşaqlarına nəzarət edə bilməsi üçün hazırlanıb.
Bələkağı
Uşaq bələyinə taxıb çıxarıla bilən bir cihaz təxmin edə biləcəyiniz kimi körpələrin altını islatmasını sizə xəbər verir. Sizin öz işlərinizdən uşağın altını tez-tez yoxlaya bilməmə ehtimalını aradan götürmüş olur.
İkettle su isidici
Bu su isidici, yataqdan qalxmadan çayınızın, kofenizin suyunu isitməyə kömək edir. Yataq otağı mətbəxdən uzaq olanlar və tənbəllər üçün isə əla köməkdir.
Kofe aparatı
Bu cihazın istifadə forması su isidicisindən fərqlidi. Aparat uzaqdan idarə olunmur, bunun əvəzinə birbaşa internetdən kofe reseptlerini tapır.
Güzgü
Cybertecture Mirror adı ilə bilinən bu cihaz, istifadə etdiyiniz güzgünün bağlı olduğu cihaza çevrilməsini mümkün edir.
Yeni il ağacı
Yen il ağacınızı internet vasitəsi ilə e-mail’ə bağlayırsınız və hər mesaj gələndə bəzək əşyanızın işıqları yanıb sönməyə başlayır.
Alkolmetr
Yol polislərinin sürücüləri yoxladığı cihazın eynisdir. Aralarında olan tək fərq, əgər içkili olduğunuz müəyyən olunsa bunun Twitter’də paylaşılmasıdır.
Üniversitet Tualeti
Bu, siyahının ən qəribə və lazımsəz sistemi ola bilər. İnternet əlaqəsi və öz adresi olan bu system tələbələrin boş tualet tapması üçündür. Sistemdə tualetlərə adlar da verilib; "qara deşik", "tale", "şənlik atəşi".