33 yaşlı gənc özünü qatarın altına atdı AÇIQLAMA

13 Yanvar 2016 11:55 (UTC+04:00)

"Bu gün səhər saat 11.08 radələrində "Bakı Metropoliteni"nin "Əhmədli" stansiyasında qatar tuneldən çıxıb stansiyaya daxil olarkən 1982-ci il təvəllüdlü Aşurov Qoşqar Etibar oğlu özünü qatarın altında atıb". Bunu SİA-ya"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, daha sonra qatarın altından meyid çıxarılaraq aidiyyatı üzrə təhvil verilib: "Aşurov Qoşqar Etibaroğlu hadisə yerində ölüb. Hazırda qatarların hərəkətində heç bir problem yoxdur. Hətta stansiyanın kameralarından da açıq-aydın görünür ki, o özünü qatarın altına atıb. Qatarların hərəkətində təxmini 10 dəqiqə gecikmə olub".