Araz Əlizadə: “Rəsul Quliyevin damağında ləzzət qalıb” AÇIQLAMA

13 Yanvar 2016 11:19 (UTC+04:00)

"Rəsul Quliyevin ABŞ-da təhlükəsiz yerdə oturub Azərbaycan əhalisini iğtişaşlara, qarşıdurmalara sövq etməsi yanlışdır və heç cür qəbuledilməzdir". Bunu SİA-ya millət vəkili Araz Əlizadə deyib.

Onun sözlərin görə, Rəsul Quliyevə qarşı cinayət işi varsa, bu iş tamamlanıb həbs haqqında qərar vermək lazımdır: "Bu şəxsin məqsədi ancaq Azərbaycana gəlib vəzifə tutub və oğurlamaqdır. Bu kimi insanların arxasında özünü kimi tamahkarları dayanır. Rəsul Quliyev vaxtilə çoxlu pullar oğurlayıb. Hazırda onun pulları get-gedə azalmaqdadır. Sadəcə olaraq damağında ləzzət qalıb ki yenidən qayıtsın və pul oğurlasın. Bunun başqa izahı yoxdur".