Asim Mollazadə: “Həmsədrlər ancaq ora-bura gəzməklə məşğuldur” AÇIQLAMA

12 Yanvar 2016 17:18 (UTC+04:00)

"Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun fəaliyyətini çox mənfi qiymətləndirirəm. Onların bütün fəaliyyəti ancaq gözdən pərdə asmağa hesablanıb". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.

Millət vəkilinin sözlərinə görə, Minsk qrupunun həmsədrləri fəaliyyət nümayiş etdirmək üçün ora-bura gəzirlər: "Onlar öz fəaliyyətlərini nümayiş etdirmək üçün hər həftə hansısa bəyanatlar verirlər. Amma konkret nəticələrin olmaması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmada olan səhvlərlə bağlıdır. Ümumiyyətlə biz həmsədrlərdən münaqişənin tezliklə həll olunacağı ilə verdikləri bəyanatların hər birindən artıq yorulmuşuq".