Xalq artistinin yeni duet ortağı

12 Yanvar 2016 11:07 (UTC+04:00)

Xalq artisti Gülyanaq Məmmədova "Küskün mələyim" adlı yeni mahnısını ekranlaşdırıb. SİA-nın verdiyi xəbərə görə, müğənni mahnını gənc ifaçı Nurlan Azəroğlu ilə duet şəklində oxuyub. Ekran işini rejissor Natiq Novruzov lentə alıb.

Qeyd edək ki, bəstənin sözləri və musiqisi Abış Surxayoğlunundur.