Neftçilərin birinin meyiti tapılıb

11 Yanvar 2016 15:28 (UTC+04:00)

Bu gün Xəzər dənizinin Türkmənistan sektorunda daha bir cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə məlumat verilib. SOCAR-dan SİA-ya verilən məlumata görə, hazırda gəmiyə qaldırılmış cəsəd sahilə aparılır. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin və "Azneft" İstehsalat Birliyinin əməkdaşları tərəfindən cəsədin tanınması və respublikamıza gətirilməsi üçün tədbirlər görülür.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.