“Azərbaycan gərginlikdən narahatdır” AÇIQLAMA

11 Yanvar 2016 15:24 (UTC+04:00)

"Hazırda dünyada kifayət qədər mənfi tendensiyalar hökm sürür". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, dövlətimiz dünyada əlavə gərginlik zonalarının yaranmasını arzu etmir: "Azərbaycan Səudiyyə Ərəbistanı və İran arasında yaranmış gərginlikdən narahatdır. Ümid edirik ki, hər iki ölkə aralarındakı gərginliyi danışıqlar masasına oturaraq həll edəcək".