Bıçaqlanan şəxs yolda ölüb

11 Yanvar 2016 15:03 (UTC+04:00)

Göygöl rayonunun Şəhriyar kəndinin meşə zolağında rayon sakini Şahsəyid Sayfronov münaqişə zəmnində həmyerlisi Rəşad Əliyevə bıçaqla xəsarət yetirib. SİA-nın Daxili işlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə yanvarın 10-da baş verib.

R.Əliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Sayfronov tutulub.