Prodüserin atası vəfat etdi FOTO

11 Yanvar 2016 13:44 (UTC+04:00)

Prodüser Sevinc Hüseynovanın ailəsində ağır itki üz verib. SİA-nın verdiyi xəbərə görə, Sevincin atası dünyasını dəyişib. O, bu haqda sosial şəbəkədə yazaraq atasının fotosunu paylaşıb: "Ata, sənə ölüm yaraşmırdı" şərhini yazıb.

Qeyd edək ki, S.Hüseynova müğənni Günay İbrahimli, Gülay Zeynallı və Rəqsanə İsmayılova ilə çalışıb.

Allah rəhmət eləsin!