ABŞ şirkəti yeni smartfon təqdim edib

10 Yanvar 2016 01:43 (UTC+04:00)

Las-Veqasda keçirilən "Consumer Electronics Show 2016" (CES) istehlak elektronikası sərgisində ABŞ-ın "TCL Communication" şirkəti "Alcatel OneTouch Fierce XL" smartfonunu təqdim edib. Bu mobil qurğunun məxsusiliyi ondan ibarətdir ki, smartfon "Windows 10 Mobile" əməliyyat sisteminin bazasında işləyir.

" Alcatel OneTouch Fierce X" LTE şəbəkəsi vasitəsilə VoLTE texnologiyasını, eyni zamanda Wi-Fi (802.11), "Bluetooth" 4.0 və GPS simsiz kommunikasiya vasitələrini dəstəkləyir. Akkumulyatorun həcmi 2000 mAs-dır.