Nyu York Universitetinin professoru, iqtisadçı Noril Rubin 2016-cı ildə Avropa və dünya ölkələrini gözləyən təhlükələrdən məlumat verib. SİA-nın məlumatına görə, Noril Rubin bildirib ki, 2016-cı ildə dünyadakı geosiyasi dəyişikliklər sıfır nöqtəsində olacaq.
Onun sözlərinə görə, bu il Böyük Britaniya və Yunanıstan Avropa Birliyindən çıxacaq. Professor Rubin, 2016-cı ildə investorların bir çoxunun avro bölgəsindən imtina edəcəyini deyib. Bunun Avropanın maddi cəhətdən çöküşünə səbəb olacağını bildirib.
Rubinin fikrincə investorlar artıq 2016-cı ildən Avropa ölkələrindən imtina edəcək və digər ölkələrə maraq salacaq.
İqtisadçı Avropada artan terror hadisələri ilə bağlı Böyük Britaniyanın Avropa Birliyindən çıxacağını qeyd edib.