U-19 üç yoldaşlıq oyunu keçirəcək

6 Yanvar 2016 18:59 (UTC+04:00)

Yanvarın 10-dan 17-dək Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək.

AFFA-dan bildiriblər ki, hazırlıq prosesi çərçivəsində yığmamızın yanvarın 12-də "İnter", iki gün sonra "Sumqayıt" və yanvarın 17-də isə "Neftçi" klubunun əvəzedici komandası ilə yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub.