Bugünkü məzənnə sabah da qüvvədə qalacaq RƏSMİ

6 Yanvar 2016 17:58 (UTC+04:00)

Bu gün banklararası valyuta bazarında heç bir əməliyyat keçirilməyib. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Bildirilir ki, bu səbəbdən Mərkəzi Bankın bu günə olan USD/AZN məzənnəsi yanvarın 7-də də qüvvədə qalacaq.

Xatırladaq ki, bu gün USD/AZN məzənnəsi 1,15626 olub.