Dəm qazı 3 can aldı

6 Yanvar 2016 13:18 (UTC+04:00)

Azərbaycanda bir gündə 3 nəfər dəm qazından boğulub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisələr yanvarın 5-də baş verib.

Paytaxtın Nizami rayonunda yaşayan Nərgiz Aydınova, Xətai rayonunda yaşayan Çingiz Bədəlov və Xaçmaz şəhərində yaşayan Tamilə Təhməzova mənzillərində dəm qazından zəhərlənərək ölüblər.

Baş vermiş hadisələrlə bağlı araşdırma aparılır.