Yeni il ərəfəsi ilə bağlı bir çox ölkələrdə hazırlıq işləri tamamlanıb. Xüsusilə paytaxt şəhərlərdə artıq bir neçə həftədir ki, Yeni ilə hazırlıqla bağlı şəhərin küçələri bəzədilir, müxtəlif tədbirlər görülür və festivallar keçirilir. SİA sizə dünyanın ayrı-ayrı şəhərlərində gedən Yeni il hazırlıqlarını təqdim edir.
Yeni il əhval ruhiyyəsi Nyu York şəhərinin ən çox Tayms Skveyə meydanında hiss olunur. Burada karnavallar, fevtivallar və s. Yeni il tədbirləri keçirilir. Eyni zamanda şəhərin Manhettan və Bruklin rayonlarında yüksək Yeni il əhbal-ruhiyyəsi mövcuddur. Uol Strit küçəsi başdan-sona işıqlarla bəzədilib.
Moskva şəhərinin küçələrində Yeni ilin gəlişi ilə bağlı səhnəciklər və şoular nümayiş olunur. Bu il Moskavanın "Manejnaya" meydanına yerləşdirilən Yeni il bəzəyi "Guiness Rekordlar Kitab"ına düşməyə namizəddir.
Dünyanın ən gözəl şəhərlərindən biri hesab edilən Paris bu il də Yeni ilə romantik abu-havada daxil olacaq. Parisin müxtəlif məhəllələrində univermaqlar açılıb. Bu univermaqlardan turistlər Yeni illə bağlı bəzək əşyalarını sərfəli qiymətə əldə edə bilərlər.
London böyük Yeni il tədbirlərinin məhşur olduğu şəhərlərdən biri kimi bu il də turistlərin diqqətini cəlb edib. Bu il yüzlərlə insan Yeni ili qarşılamaq üçün Londona yollanıb.
Əhalisi çox olan digər şəhərlər kimi Berlinin də müxtəlif restoran və hotellərində Yeni il ərəfəsi ilə bağlı yığıncaqlar və tədbirlər keçirilir, xüsusi Yeni il şouları göstərilir. Şəhərin müxtəlif yerlərində keçirilən konsert tədbirləri şəhər əhalisi və turistlər tərəfindən maraqla qarşılanır.