Kris Smit kimdir?

28 Dekabr 2015 15:00 (UTC+04:00)

Konqresmen Kris Smitin rəhbərlik etdiyi ABŞ Helsinki Komissiyası Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi barədə "Azərbaycan Demokratiya aktı" qanun layihəsini Konqresə təqdim edib. Bu qanun layihəsini Konqresə təqdim edərək qəbul etdirmək istəyən Kris Smit ABŞ və Azərbaycan əlaqələrinə ciddi şəkildə zərər vurmaq niyyətindədir. Qanun layihəsi gələn il fevral ayında müzakirəyə çıxarılacaqdır. Azərbaycan XİN-i bu layihəni "Qəbuledilməz" və "Antiazərbaycan xarakterli" adlandırıb. Birdə o vurğulanıb ki, sənədin müəllifi Kris Smit həmişə ABŞ- kı Erməni lobbisinin təsiri altında olub və ermənipərəst mövqeyi ilə seçilib. Kris Smitin tərcümeyi -halına və kimlərlə dostluq əlaqələri qurduğuna nəzər salsaq deyilənlər daha da aşkar şəkildə görünəcəkdir.

Kris Smit 1953-cü ildə anadan olmuşdur. 1981-ci ildən etibarən Nyu-Cersi ştatının 4-cu dairəsindən Respublikaçılar partiyasından namizədliyi irəli sürülmüş və həmişə qalib gəlmişdir. Qeyd etmək lazımdır ki, o bir vaxtalar ( 1978-ci ilə kimi) Demokratlar partiyasının üzvü olmuşdur və sonradan partiya mənsubiyyətini dəyişmişdir. Bu ştat erməni deosporunun sayına görə ABŞ-da 4-cü yerdədir. Kris Smitin aponentlərinin verdiyi məlumatlara görə bu dairədən uzun illər stabil olaraq qalib olmağın əsas səbəbi onun mühüm maliyyə dəstəyinə malik olmasıdır. ABŞ-da erməni lobbisi tərəfindən yaradılmış güclü maliyyə mənbələrinə malik bir çox qurumlar faliyyət göstərir. Bu qurumlar Konqresə onların işinə yarayacaq senatorların seçilməsinə, lazmı qərarların, qətnamələrin qəbul edilməsi məqsədilə böyük maliyyə vəsaitləri ayırırlar.

Sözsüz ki, Kris Smit də öz himayədarlarına borclu qalmır və uzun illərdir ki, erməni lobbisinə xidmət göstərir. Bilavasitə onun fəal iştirakı ilə 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilmiş 907-ci düzəlişlə Azərbayacana Amerikanın birbaşa yardımına qadağa qoyulmuşdur. Kris Smit ABŞ-nın "erməni soyqırımı"nı tanınması ilə bağlı ən çox fəallıq göstərən bir Konqresmendir. O konqresdə " Ermənistan üzrə işçi qrupunun" üzvüdür və ermənilərə aid məsələlərin qaldırılmasında, müzakirələrdə xüsusi fəallığı ilə seçilir. Bu ilin aprel ayında üzdən iraq "erməni soyqırımının 100 illiyi" dinləməsi üzrə Helsinki komissiyasını təşkil etmişdir. "Azərbaycan demokratiya aktı" layihəsi Kris Smitin şəxsi təşəbbüsü ilə irəli sürülüb və heç bir konqresmen tərəfindən dəstəklənməyib. Amerika Konqresində hər bir Konqresmen öz təşəbbüsü ilə istədiyi layihəni irəli sürə bilər. Belə təşəbbüslərin çox az bir hissəsi sonradan qanun kimi qəbul edilir. Misal üçün 2013-2014-cü illərdə Konqresə 3809 qanun layihəsi daxil olub və bunlardan cəmi 223-ü qanun kimi qəbul olunub. Kris Smit eyni zamanda Amerikanın Erməni Milli Komitəsi (ANKA) ilə də yaxından əməkdaşlıq edir. Bu günlərdə Konqresmen ANKA-nın sədri ilə görüşüb bir sıra məsələləri müzakirə edib.

Bütün yuxarıda sadalananlar göstəriri ki, Kris Simit ermənilərin yaxın dostudur, erməni lobbisi ilə sıx əlaqə qurmuş və onların sifarişlərini yerinə yetirir. Bu sənəd layihəsinin irəli sürülməsi bir daha sübut edir ki, Bakı –Tbilisi – Qars, Tap/TANAP qaz boru kəmərləri, Böyük İpək Yolunun bərpası kimi strateji layihələrin həyata keçrilməsində mühüm rol oyanayan və çətin geosiyasi məkanda yerləşən sabitlik və təhlükəsizlik cəhətdən nümunə olan Azərbaycanın yürütdüyü müstəqil siyasət dünyadakı anti Azərbaycan qüvvələri o cümlədən erməni lobbisini ciddi sürətdə narahat edir.

Ancaq biz inanırıq ki, Amerika Konqresi doğru, düzgün addım atacaq və Azərbayacanla Amerika arasında mövcud olan əlaqələrə ziyan vura biləcək hər hansı bir qərar qəbul etməyəcəkdir.

Rauf Əliyev,

Milli Məclisin deputatı