İŞİD terrorçuları Türkiyədə həbs edildi

27 Dekabr 2015 17:35 (UTC+04:00)

Türkiyə sərhədini keçməyə çalışan İŞİD terror təşkilatından olan yeddi nəfər həbs edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş Qərargah Rəisliyi informasiya yayıb.

Məlumatda bildirilib ki, Kilis vilayətinin Əlbəyli mahalını qeyri-qanuni yolla keçməyə çalışan İŞİD terror təşkilatından olan yeddi nəfər polis tərəfindən saxlanılıb.

Terrorçulardan biri azyaşlı uşaq olub. Terrorçuların xarici ölkə vətəndaşı olduqları açıqlanıb.