"Ermənistan rəhbərliyi Rusiyanın açıq dəstəyi ilə özünü çox arxayın hiss edir". SİA xəbər verir ki, bu fikirləri AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva "Prof. Rövşən Mustafayev" adına medal və sertifikatın təqdimat mərasimində deyib.
Millət vəkili bildirib ki, dünyada baş verən iqtisadi böhran fonunda ölkəmiz müəyyən çətinliklərlə üzləşir: "Azərbaycan dünyada gedən proseslərdən kənarda qala bilməz. Belə bir vəziyyətdə ABŞ və Avropanın da Azərbaycana təzyiqlərinin şahidi oluruq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktində Azərbaycan qətiyyətli mövqeyə sahibdir. 2011-ci ildə qəbul olunan "Milli Strategiya Plan"ında da bu mövqe açıq-aydın göstərilib."
"İnsan Hüquqları İnstitutu yarandığı gündən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konflikti ilə məşğul olur. Ermənilərin saxta tarixini aşkar edib dünya ictimaiyyətinə çatdırmaq bizim ən öndə vəzifəmizdir. Bu cəhətdən hər bir Azərbaycan vətəndaşı üzərinə düşən vəzifəni ciddi dərk etməli və daha da aktiv olmalıdır".