İdman mütəxəssislərinə fəxri adlar verilsin

24 Dekabr 2015 02:33 (UTC+04:00)

Azərbaycan Prezidenti ölkəmizin idman mütəxəssislərinə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adının verilməsi haqqında
Sərəncam imzalayıb. Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:

Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilsin:

Abdullayev Oqtay Seydəli oğlu

Babayev Nizami Əliheydər oğlu

Eynullayev Balasən Seyfulla oğlu

Əliyev Tofiq Zöhrab oğlu

Həsənov Faiq Zülfiqar oğlu

Məmmədov Oqtay Abbas oğlu