Türkiyə mətbuatı öz sənətçisi haqda nələr yazdı?

22 Dekabr 2015 17:01 (UTC+04:00)

Türkiyə mətbuatında müğənni Tarkan haqqında inanılmaz xəbər dərc edilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, məlumatda sənətçinin Yeni il gecəsi Kiprdə otellərin birində səhnəyə çıxacağı və bunun üçün müğənniyə 1 milyon TL qonorar ödəniləcəyi yazılıb. Xəbərin doğru və yalnış olduğu dəqiq bilinmir.

Qeyd edək ki, ifaçı 2 gün əvvəl Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistanın Müstəqillik Günü ərəfəsində Aşqabatda çıxış edərək 3 milyon TL qazanmışdı.