ABŞ-da nternet izlənməsi qadağan edilə bilər

18 Dekabr 2015 19:48 (UTC+04:00)

Amerikalı senatorlar Riçard Blumental və Ed Merki tərəfindən təqdim edilmiş yeni qanun layihəsi istifadəçilərin internetdəki fəaliyyətinin qanunsuz izlənilməsini qadağan edir. "Hitech.newsru.com" saytı xəbər verir ki, "Do Not Track Online Act of 2015" adlı sənəd ABŞ Federal Ticarət Komissiyasının üzərinə kontent provayderlərə istifadəçilərin icazəsi olmadan fərdi məlumatların toplanılmasını qadağan edən yeni qaydaların hazırlanması öhdəçiliyini qoyur. Qanunu pozanlar üçün mülki-hüquqi sanksiyalar nəzərdə tutulub.