Zabit Səmədovun revanş döyüşü VİDEO

18 Dekabr 2015 10:32 (UTC+04:00)

Məşhur azərbaycanlı kikboksçu Zabit Səmədov dekabrın 26-da Çeçenistan respublikasının paytaxtı Qroznıda döyüş keçirəcək. "Qroznoy bitı 13" çərçivəsində onun rəqibi polyak idmançı Pol Slavinski olacaq.

Sosial şəbəkələrdə "Kolizey" idman zalında keçiriləcək döyüşlə bağlı videoçarx paylaşılıb.

Azərbaycanlı idmançı üçün döyüşü revanş adlandırmaq olar, belə ki, Səmədov Slavinskiyə 2007-ci ildə Amsterdamda texniki nokautla məğlub olub.

Bu, Zabitin 85 döyüş keçirdiyi peşəkar kikboksçu karyerasında doqquz məğlubiyyətindən biridir.