Əgər Azərbaycan tərəfi birtərəfli qaydada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mənasız danışıqları dayandırarsa, ümumiyyətlə heç nə baş verən deyil". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, artıq dünya da başa düşür ki, bu danışıqlar düzgün istiqamətdə getmir: "ATƏT-in Minsk qrupunun həmsədrləri birmənalı şəkildə Ermənistanın mövqeyini tuturlar. Onlar rəsmi İrəvana qarşı himayəçi mövqedədirlər. ATӘT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağın qondarma rejiminin xarici işlər nazirinin rəhbəri ilə ABŞ-da görüşlər keçirib. Təəssüflər olsun ki, ABŞ rəhbərliyi də bu görüşün keçirilməsinə şərait yaradıb. Sonra da bildirirlər ki, bu qeyr-rəsmi səfərdir və Amerika dövlətinin xəbəri olmayıb. İŞİD rəhbərləri, təmsilçiləri hansısa ad altında Amerikaya səfər etsə bəs o zaman nə baş verəcək. Görəsən, ABŞ özünü, ya Azərbaycan cəmiyyətini aldadır? Axı niyə bunlar özlərini axmaq yerinə qoyublar. Onlar sadəcə olaraq Dağlıq Qarabağdakı qondarma rejimi dünyaya tanıtdırmağa çalışırlar. Məhz ona görə də bu danışıqları davam etdirmək Azərbaycan tərəfi üçün hesab edirəm ki, başucalığı gətirmir".