Xalq artisti Aygün Kazımova Moskvadan özünə yeni it alıb. SİA-ya açıqlama verən sənətçi heyvansevər olduğunu bildirib: "Bilirsiniz ki, Prinsessa adlı bir itim var. 2009-cu ildən bizim ailədə yaşayır. Prinsessa kimi yeni itimi də Moskvadan almışam. Adı Yanoçkadır. Hələ 5 gündən sonra 5 ayı tamam olur. Prinsessa kimi cinsi yorkşir teryerdir. Cins itdir. Pasportu və bütün sənədləri yerindədir. Çoxlu pal-paltarı var. Elə bəzək əşyaları var ki, heç bir çox müğənnilərin elə aksesuarları yoxdur. Qışda soyuq olmasın deyə bir neçə paltosu da var. Prinsessa ilə yola gedir. Artıq dostlaşıblar da".
Aygün Kazımova itinin valideynlərinin əsl adını deyərkən xeyli gülüb: "Yanoçkanın əsl adı Kristli Yanitadır. Anasının adı Kristli Jaklin, atasının adı isə Feiri Prins Stribran Prianidir".
Qeyd edək ki, 2008-ci ill noyabrın 27-də Moskvada doğulan Prinsessanın hər iki valideyni dünya çempionudur. Anası Yalvina Yans, atası isə Mini Şop Tamaqoçidir.
.jpg)

.jpg)
