Paytaxt polisinin avaralıq və dilənçiliklə məşğul olanlara qarşı mübarizəsi davam edir. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Paytaxtın Binəqədi və Nəsimi rayonları ərazilərində dilənçiliklə məşğul olan 45 nəfər polis əməkdaşları tərəfindən saxlanılmış və barələrində müvafiq tədbir görülüb.