Ruslan Qurbanov: "Fikirlərimizi "Qəbələ" ilə oyuna yönəltmişik" AÇIQLAMA

8 Dekabr 2015 11:28 (UTC+04:00)

"Neftçi" PFK-nın futbolçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının XV turu çərçivəsində keçirilmiş "Zirə" klubu ilə oyundan sonra fikirlərini bildirib. SİA-nın məlumatına görə, futbolçu oyunun çətin keçdiyini qeyd edib: "Neftçi" klubunun bütün kollektivi adından faciə nəticəsində həyatlarını itirmiş neftçilərin ailələrinə başsağlığı verirəm. Bütün azərbaycanlılar kimi biz də kədərliyik. Oyuna gəldikdə isə, "Zirə" ilə görüş çətin alındı və qələbə qazana bilmədik. Sevinirəm ki, qol vurdum. Artıq bütün fikirlərimizi "Qəbələ" ilə oyuna yönəltmişik. Qəbələyə yalnız qələbə qazanmaq üçün gedəcəyik".