İfaçı “Günəşli” yatağında baş verən qəza ilə bağlı konsertini təxirə saldı

7 Dekabr 2015 14:29 (UTC+04:00)

Müğənni Könül Kərimova Rusiyadakı konsertini "Günəşli" yatağında baş verən qəza ilə bağlı təxirə salıb. SİA-nın verdiyi xəbərə görə, sənətçi bu barədə "İnstagram" səhifəsində yazıb: "Vətənimizdə baş vermiş bu faciə hamımızı çox sarsıtdı. Allah dünyasını dəyişən qardaşlarımıza rəhmət eləsin! Xəstələrə şəfa, ailələrinə səbr versin! Uca Rəbbim xalqımızı bəla, faciə və fəlakətlərdən qorusun. Hər kəsin bildiyi kimi, Moskvada konsertimiz baş tutacaqdı. Ancaq Vətənimizdə baş vermiş dəhşətli hadisəyə görə təxirə saldıq. Kədər hər birimizin acısıdır. Vətənimizdə matəm elan olunub. Vətənimi, xalqımı sevən biri olaraq düzgün qərar verdiyimi düşünürəm. Başın sağ olsun, Vətən!".