Kadırov yazdı: “Əziz İlham Əliyev…” FOTO

7 Dekabr 2015 10:41 (UTC+04:00)

Çeçenistan rəhbəri Ramzan Kadırov rəsmi "Facebook" hesabında prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.

SİA-nın məlumatına görə, Kadırov Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına səbr diləyib: "Sizi salamlayıram, cənab Prezident İlham Əliyev! Biz də Sizinlə birlikdə "Günəşli" neft yatağında baş vermiş faciəli hadisələrə görə dərindən kədərlənirik. Platformada baş verən yanğın çoxsaylı ölümlərə və insan itkisinə səbəb oldu. Bu çətin anlarda qəlbimiz Azərbaycan xalqı ilə, doğmalarını itirən şəxslərlə bir döyünür.

Əziz İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı diləyirəm. Allah sizinlədir! Dərin hörmətlə, Ramzan Kadırov..."