İphone 6s nə vaxt çıxacaq?

5 Dekabr 2015 13:21 (UTC+04:00)

İPhone 6s-in 2016-cı ilin fevral ya da ilin ikinci rübündə çıxması gözlənilir. SİA xarici mediaya istinadən xəbər verir ki, Apple şirkəti tərəfindən yeni telefonla bağlı verilən açıqlamada söylənilir ki, şirkət 4 düymlük iPhone 6s-i gözləyənləri ən tez 2016-cı ilin fevral ayında sevindirə bilər.

Apple-nin yeni telefonunun xərclərini aşağı səviyyədə tutmaq və daha ucuza satmaq üçün onu 3D Touch kimi bəzi xüsusiyyətlərdən məhrum buraxacağı iddia edilib.

Yeni iPhone 6s-in metal kassasının və iPhone 5s kimi müxtəlif rənglərdə olması gözlənilir.