"ASAN Könüllüləri"nin ümumrespublika forumu keçirilib YENİLƏNİB FOTOLAR

4 Dekabr 2015 17:27 (UTC+04:00)

Bu gün "ASAN Könüllüləri"nin II ümumrespublika forumu keçirilib. SİA xəbər verir ki, forumun keçirilməsində əsas məqsəd "ASAN könüllüləri"nin I ümumrespublika forumunda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "ASAN könüllüləri" qarşısında müəyyən etdiyi bir sıra məqsəd və vəzifələrin icrasının, eyni zamanda təşkilatın illik fəaliyyətinin hesabat xarakterli təqdimatının edilməsi olub.

Forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyinin sədri İnam Kərimov, millət vəkilləri, QHT nümayəndələri iştirak ediblər.

Forum zamanı "Azərbaycan könüllülük institutunun nailiyyətləri və inkişaf perspektivləri", "Dövlət gənclər siyasəti və gənclər üçün mövcud imkanlat" mövzusunda müzakirələr aparılıb. Həmçinin "ASAN könüllüləri" təşkilatının 2016-cı il üçün hədəfləri, inkişaf strategiyası üçün və təklifləri formalaşdırılıb.