"Prezidentlər dekabrın sonunda görüşə bilərlər"

4 Dekabr 2015 15:50 (UTC+04:00)

Azərbaycan və Ermənistan prezidentləri arasında görüş bu ayın sonu keçirilə bilər. SİA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" səhifəsində yazıb.

"Bu ayın sonunda Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili üçün çalışırıq", - deyə amerikalı həmsədr qeyd edib.