Dekabrın 9-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında professor Ülviyyə Hacıbəyovanın sinfinin fortepiano duetinin konserti keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, konsertdə beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Vurğun Vəkilov, Atabala Manafzadə, Lalə Məhərrəmova və Arzu Əsgərlinin ifasında V.A.Motsart, P.İ.Çaykovski, D.Miyo, S.Raxmaninov, D.Şostakoviç və Q.Qarayevin klassik əsərləri ifa olunacaq.