Nardaranda baş verən hadisə zamanı həlak olan iki polis əməkdaşı Nəsibov Vüqar Eyyub oğlu və Tağıyev İsmayıl Rəsul oğlu bu gün II Fəxri Xiyabanda dəfn olunub. SİA-xəbər verir ki, dəfn mərasimində Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov, Milli Təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, Daxili İşlər Naziri Ramil Usubov, Baş Prokurorun müavini Rüstəm Usubov, daxili işlər nazirinin müavini Vilayət Eyvazov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi, general-mayor Yaşar Əliyev və yüksək rütbəli polis zabitləri iştirak ediblər.