Bu da Tolikin bahalı evi FOTOLAR

26 Noyabr 2015 15:02 (UTC+04:00)

Prodüser Tarix Əliyev (Tolik) yeni tikdirdiyi bağ evinin görüntülərini yayıb. SİA-nın verdiyi xəbərə görə, prodüser uzun müddətdir davam edən təmir işlərinin başa çatdığını vurğulayıb: "Şükür Allahıma ki, bağın təmirini bitirdim. İndi qaldı içinə mebelləri yığıb köçmək. Allah hər kəsin qəlbinə görə versin. Allahıma çox şükür. Amma yaman yoruluram. Bu gün həyətdə otları sulamışam".